Hadisə

Azərbaycanlı müğənni Xocalı faciəsi günü konsert verdi — Soydaşlarımız həmin tədbiri BOYKOT ETDİLƏR

Azərbaycanlı müğənni Xocalı faciəsi günü konsert verdi — Soydaşlarımız həmin tədbiri BOYKOT ETDİLƏR

"O səs Rusiya" verilişinin iştirakçısı olmuş tanınmış azərbaycanlı müğənni Emil Kadırov ötən gün Xocalı soyqırımının 27-ci ildönümü günündə Rusiya Federasiyasının Yekaterinburq şəhərində planlaşdırdığı konserti soydaşlarımızın iştirakı olmadan keçirib.

Demokrat.az xəbər verir ki, sözügedən konserti Rusiyada yaşayan soydaşlarımız boykot edib.

Bir çox soydaşımız konsertə bilet alsa da, ancaq proqrama qatılmayıb.

Yekaterinburq şəhərində fəaliyyət göstərən diaspora təmsilçilərimiz Demokrat.az-a bildirib ki, konsert 26 fevral 2019-cu il saat 19:00-da Sverdlovsk Dövlət Akademik Filarmoniyasında keçirilib:

Ancaq Emil Kadırovun konsertini Xocalı soyqırımının anım gününə təyin etməsi Rusiyada yaşayan azərbaycanlıların ciddi narazılığına səbəb olub. Nəticədə isə soydaşlarımız həmin konserti boykot edərək, müğənniyə öz etirazlarını bildiriblər.

Müğənni özü isə Xocalı faciəsi günü konsert verməsini belə əsaslandırıb:

"Mənim Yekaterinburqdakı bu günkü konsertim Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinə həsr olunur. Yüzlərlə azərbaycanlının həyatları həmin gecə kəsilmişdir. Musiqisi Sevil Əliyeva və Fikrət Qocanın sözlərinə yazılmış "Əziz Ana" mahnısı bu vəhşi qətliamın bütün qurbanlarının xatirəsinə ithaf edilir".

Azərbaycanlı müğənni Xocalı faciəsi günü konsert verdi — Soydaşlarımız həmin tədbiri BOYKOT ETDİLƏR

D
demokrat.az