Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və iranlı həmkarıİbrahim Rəisiarasında telefon danışığı baş tutub.
Demokrat.azTürkiyə KİV-ə istinadən xəbər verir ki, tərəflərmüştərək əməkdaşlığın artırılmasına, xüsusi ilə iqtisadi sahədə və terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığın artırılmasına sadiq olduğunu bildiriblər. Rəisi deyib ki, terrorizmlə mübarizədə əsas yol ölkələrin hakimiyyətinə hörmətlə yanaşmaqdadır: "İran İslam Respublikasının terrorizmlə mübarizədə parlaq keçmişini nəzərə alaraq bütün ölkələrlə bu istiqamətdə əməkdaşlıq etməyi alqışlayırıq". Türkiyə prezidenti Tehran-Ankara arasındakı müştərək əməkdaşlıq komissiyasının iclasının keçirilməsinin zərurətindən danışıb və qeyd edib ki, Tehrana gələcək səfərində iki ölkənin münasibətləri yeni mərhələyə qədəm qoyacaq və inkişaf edəcək.
Demokrat.az


