2021-ci il ölkəmizdə bir çox hadisələrlə yadda qalacaq. Bu ili həm də böyük itkilərlə geridə qoyuruq. Belə ki, 2021-ci ildə Azərbaycanın bir çox ziyalıları, tanınmış şəxsləri dünyasını dəyişib.
2021-ci ildə dünyasını dəyişən tanınmışlarla bağlı məlumatları oxuculara təqdim edirik:
Yanvarın 4-də bəstəkar, Əməkdar incəsənət xadimiNailə Mirməmmədli59 yaşında ürək tutmasından vəfat edib.
Yanvarın 5-də "Baku Network" Ekspert Şurasının direktoru, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, ehtiyatda olan polkovnik, politoloqElxan Ələsgərov66 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.
Yanvarın 27-də aktyor, rejissor, Əməkdar mədəniyyət işçisiArif Həbibi77 yaşında həyatını itirib. Mərhum aktyor Azərbaycan Kinematoqrafiya İttifaqının üzvü olub.
Fevralın 20-də Azərbaycan Tibb Universitetinin “Təbib” qəzetinin baş redaktoru, “Əməkdar jurnalist”Eldar İsmayıl Böyüktürk79 yaşında qanda şəkərin miqdarının kəskin artması nəticəsində dünyasını dəyişib.
Fevralın 22-də Xalq artistiYalçın Rzazadəuzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.
Aprelin 3-də Xəzər Universitetinin və Dünya Məktəbinin həmtəsisçisiNailə İsayeva74 yaşında dünyasını dəyişib. N.İsayeva Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlının həyat yoldaşıdır.
Aprelin 5-də Xalq artisti, məşhur gitara ifaçısıRəmiş(Rafiq Hüseynov) 77 yaşında vəfat edib.
Aprelin 11-də Azərbaycanın veteran futbolçusuFüzuli Cavadov71 yaşında vəfat edib. Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.
Aprelin 16-da Xalq artisti, tanınmış kinorejissor və ssenaristEldar Quliyevdünyasını dəyişib. O, bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.
Aprelin 26-da Əməkdar artistBaloğlan Əşrəfov70 yaşında vəfat edib. Müğənni koronavirusa (COVID-19) yoluxmuşdu, ev şəraitində müalicə alırdı.
Aprelin 30-da Azərbaycanın gənclər və idman naziriAzad Rəhimov56 yaşında ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Elə həmin gün Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısıAkif Səlimov70 yaşında vəfat edib. A.Səlimov 2013-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı olub.
Mayın 4-də müğənniAslan Hüseynov54 yaşında yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.
Mayın 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairiFikrət Qoca85 yaşında vəfat edib.
Mayın 6-da Xalq artisti, aktyorArif Quliyev70 yaşında koronavirus səbəbindən vəfat edib.
Mayın 7-də Azərbaycanın Xalq şairi, keçmiş deputatMusa Yaqub84 yaşında dünyasını dəyişib. M. Yaqub Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Mayın 16-da Əməkdar jurnalistSvetlana Nəcəfova83 yaşında vəfat edib.
Mayın 21-də Azərbaycanın Xalq rəssamıTahir Salahov92 yaşında Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib.
Mayın 25-də AzTV-nin keçmiş sədri, eks-deputatNizami Xudiyev72 yaşında böyrək çatışmazlığından vəfat edib.
Mayın 28-də Əməkdar artistZöhrə Abdullayeva68 yaşında dünyasını dəyişib.
İyunun 9-da Xalq artisti, rejissorRamiz Əzizbəyliuzun sürən ağır xəstəlikdən sonra 72 yaşında dünyaya gözlərini əbədi yumub.
İyunun 11-də Milli Məclisin sabiq deputatıAslan Abbasov71 yaşında vəfat edib. O, 1988–1992 illərdə Gəncə şəhər Kəpəz rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Sabiq məmur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır.
İyulun 24-də Azərbaycanın Xalq artistiSəməd Səmədov74 yaşında müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib.
Sentyabrın 8-də Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olanNizaməddin Quliyevkoronavirusdan vəfat edib.
Sentyabrın 14-də Əməkdar artistYaqub Zurufçu65 yaşında koronavirusdan vəfat edib.
Sentyabrın 26-da Əməkdar incəsənət xadimi, bəstəkarAdil Bəbirov87 yaşında Kanadada dünyaya gözlərini əbədi yumub.
Sentyabrın 27-də əfsanəvi “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri, Xalq artistiTeymur Mirzəyev85 yaşında dünyasını dəyişib.
Sentyabrın 30-da müğənniSəyyad Əlizadə63 yaşında koronavirusdan vəfat edib.
Sentybarın 30-da Milli Məclisin həbsdə olan sabiq deputatıRafael Cəbrayılovkoronavirusdan dünyasını dəyişib.
Oktyabrın 5-də Azərbaycanın Xalq artistiVaqif Şərifov78 yaşında dünyasını dəyişib.
Oktyabrın 8-də Xalq artisti, rejissor, professorAğakişi Kazımov85 yaşında vəfat edib.
Oktyabrın 19-da Tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müaviniElnur Əşrəfoğlu47 yaşında koronavirus səbəbindən dünyasını dəyişib.
Oktyabrın 22-də Xalq artistiCanəli Əkbərov81 yaşında dünyasını dəyişib. Xanəndə iki il əvvəl beyin insultu keçirmişdi.
Noyabrın 4-də “Azərxalça”nın sabiq sədriVidadi Muradov65 yaşında vəfat edib. V.Muradov vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək bu ilin yanvarında həbs edilmiş, noyabrın 1-də isə səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılmışdı.
Noyabrın 16-da Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraşSeyfəddin Qurbanov59 yaşında koronavirusdan dünyasını dəyişib.(unikal.org)
Demokrat.az


