Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib.
Demokrat.Az fanat.az-a istinadən xəbər verir ki, "Transfermarkt" qış fasiləsindən sonra futbolçuların transfer qiymətlərini müəyyənləşdirib.
Ölkəmizdə çıxış edən ən bahalı futbolçuların böyük əksəriyyəti "Qarabağ"ın formasını geyinir. Belə ki, dəyəri 1 milyon avrodan artıq olan 9 futbolçudan 8-i Ağdam klubunda çıxış edir. İlk "onluq"da son çempionun 8 futbolçusu yer alıb.
Yerli futbolçulardan Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev və Mahir Mədətov dəyərini 1 milyon avroya çatdıraraq "onluq"da yer alıb. Bundan başqa millimizin üzvü Riçard Almeyda "Qarabağ"dakı komanda yoldaşı Filip Ozobiçlə siyahıya başçılıq edir.
1. Riçard Almeyda (Qarabağ) - 1.500.000 avro 2. Filip Ozobiç (Qarabağ) - 1.500.000 avro 3. Maksim Medvedev (Qarabağ) - 1.200.000 avro 4. Simeon Slavçev (Qarabağ) - 1.200.000 avro 5. Abdullah Zubir (Qarabağ) - 1.200.000 avro 6. Badavi Hüseynov (Qarabağ) - 1.000.000 avro 7. Qara Qarayev (Qarabağ) - 1.000.000 avro 8. Mahir Mədətov (Qarabağ) - 1.000.000 avro 9. Stiven Monroz (Qəbələ) - 1.000.000 avro 10. Baqali Dabo (Neftçi) - 800.000 avro 11. Donald Qerye (Qarabağ) - 750.000 avro 12. Miçel (Qarabağ) - 750.000 avro 13. Dani Kintana (Qarabağ) - 750.000 avro 14. Kiril Petrov (Neftçi) - 750.000 avro 15. Voyislav Stankoviç (Qəbələ) - 750.000 avro 16. Sabien Lilay (Qəbələ) - 750.000 avro 17. Ceyms Adeniyi (Qəbələ) - 750.000 avro 18. Mirabdulla Abbasov (Neftçi) - 650.000 avro 19. Yakub Jezniçak (Qarabağ) - 600.000 avro 20. Con Delarj (Qarabağ) - 600.000 avro 21. İnnosent Emeqara (Qarabağ) - 600.000 avro 22. Səlahət Ağayev (Neftçi) - 600.000 avro 23. Emin Mahmudov (Neftçi) - 600.000 avro 24. Soni Mustivar (Neftçi) - 600.000 avro 25. Vanderson Naskimento (Sabah) - 600.000 avro 26. Coşqun Diniyev (Sabah) - 600.000 avro 27. Cavid İmamverdiyev (Sabah) - 600.000 avro
Demokrat.Az


