Tədris ilinin başlanmasına az qalmış təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır. Amma etiraf edək ki, bütün məktəblərin tam mühafizəsi mümkün deyil. Bu gün 4500-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi, 50-dən çox universitet və bir o qədər orta ixtisas təhsili müəssisəsi, 100-ə qədər peşə təhsili müəsssiəsi fəaliyyət göstərir. Həmin təhsil ocaqlarının hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait tələb olunur. Ötən gün Bakının Sabunçu rayonunda azyaşlı qızın məktəbdən çıxarkən onu naməlum şəxs tərəfindən zorla avtomobilə itələməsi, bıçaqla hədələməsi xəbərləri yayılıb.
Qeyd edək ki, hadisə Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində qeydə alınıb. Belə ki, Z.Q dərs bitdikdən sonra qardaşını axtarmaq məqsədilə çölə çıxıb. Naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb. Z.Q-nın bildirdiyinə görə, ona bıçaqla hədə qorxu gələn şəxs onu “Mitsubishi” markalı avtomobilə əyləşdirərək maşından düşməməyi tapşırıb. Deyib ki, özünü onun qızı kimi aparsın. Bir neçə yüz metr gedəndən sonra sürücü ətrafdan keçənlərdən Zabrat istiqamətinə yolu soruşub. Bu zaman Z yolda sinif yoldaşının valideyni ilə birlikdə evə getdiyini görüb. Uşaq dərhal maşından düşərək həmin valideynin yanına qaçıb. Avtomobili idarə edən naməlum şəxs ərazidən uzaqlaşıb. Faktı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları araşdırıb. Küçədə olan müşahidə kameralarından aydın olub ki, Z-nı ağ rəngli “Mitsubishi” markalı nəqliyyat vasitəsini idarə edən sürücü qaçırmağa cəhd göstərib.Bu hadisə məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Məktəblərimizdə bu gün təhlükəsizlik hansı səviyyədədir?
Məlum olayı “Demokrat.az”a dəyərləndirən təhsil eksperti Kamran Əsədov bildirib ki, qanunvericilik aktlarına uyğun olaraq, orta məktəblərin mühafizəsi ilə bağlı Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb. Ekspert qeyd edib ki, bir çox ümumtəhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunurlar: 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Demokrat.az"a açıqlamasında vurğulayıb ki, məktəblərdə təhlükəsizlik məsələsi çox ciddi bir məsələdir. Ekspertin sözlərinə görə, məktəblilərin fövqəladə vəziyyətlərdə doğru qərar qəbul etmək iqtidarında olmaması məsələyə daha ciddi yanaşmanın ortaya qoymasını tələb edir: 
Mövcud durumu saytımıza dəyərləndirən keçmiş polis rəisi Mahmud Hacıyev söyləyib ki, cəmiyyət varsa, cinayət də olur. Bunların tamamilə kökünü kəsmək absurddur:
“Məktəblərdə ümumiyyətlə, mühafizə sistemi çox zəifdir. Amma, bir reallığı da qəbul edək ki, azyaşlı uşaqlar hərbi geyimdən, polis geyiminindən qorxurlar. Buna görə də məktəblərə polislərin qoyulması bir qədər çətin məsələdir. Çünki burada məktəblərdə psixoloji anları da nəzərə almaq lazımdır. Çünki 7-8 yaş arası uşaqlarda bu məsələdə psixoloji durum çox gərgin olur. Ümumiyyətlə, dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda özəl mühafizə şirkətləri var. Düzdür, əvvəllər Azərbaycanda bu yox idi, ancaq indi var. 
Aynurə Demokrat.az


