Hər il noyabrın son cümə günü dünyada “Black Friday” adı ilə mağazalarda endirimli satışlar təşkil olunur. ABŞ-da keçirilən Şükran Günü bayramından sonra ilk cümə günü məşhur “Black Friday”, yəni “Qara cümə” günü keçirilir. Həmin gün bir sıra alış-veriş mərkəzlərində endirimlər olur. Bu ənənə Azərbaycana da gəlib. Amma bir az başqa formatda. Alıcılar 50-70 faizlik endirimlərin həqiqəti əks etdirmədiyinə öyrəşiblər. Paytaxtın bəzi mağazaları həmin gün üçün endirimlər edir, ancaq bu, kütləvi xarakter daşımır.
Maraqlıdır, Azərbaycanda “Black Friday” kampaniyaları nə dərəcədə realdır?
İqtisadçı ekspert Natiq Cəfərli “Demokrat.az”-a bildirib ki, Azərbaycanda “Qara cümə” ilə bağlı baş verən proseslər dünyadakı proseslərdən tam fərqlidir.
Ekspert qeyd edib ki, dünyada tanınmış brendlər dünya üzrə eyni qaydalara uyğun endirim aksiyaları təşkil edir: 
ABŞ-da, Avropada insanlar bir il bəzən alış-veriş etmədən, məhz bu “Qara cümə”ni və endirim kampaniyalarını gözləyirlər. Hələ ki, bizdə o ənənə formalaşmayıb. Ona görə də, bizdə böyük şirkətlərə normal şərait yaradılmalıdır ki, belə kampaniyalarda iştirak edə bilək”.
Aynurə Demokrat.az


