Sosial

Salyanda Vətən Müharibəsi şəhidlərinin məzarları ziyarət olundu — FOTOLAR

Salyanda Vətən Müharibəsi şəhidlərinin məzarları ziyarət olundu — FOTOLAR

Bu gün Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, Muğanbank ASC-nin Salyan filialının direktoru və Salyan gəncləri Salyan rayonunun Vətən Müharibəsi şəhidləri baş leytenant Əlisahib Selman oğlu Ələkbərovun və əsgər Kənan Telman oğlu Şirəliyevin məzarlarını ziyarət ediblər.

Demokrat.az xəbər verir ki, ziyarət zamanı Vətən Müharibəsi şəhidlərinin məzarlarına gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Demokrat.az

D
demokrat.az