Sosial

Cəlilabadın yeni başçısı təmizləmələrə başladı — Birinci müavini işdən çıxardı

Cəlilabadın yeni başçısı təmizləmələrə başladı — Birinci müavini işdən çıxardı

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov vəzifəsindən azad olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı RİH başçısı Rafiq Cəlilov müvafiq əmr imzalayıb.

Məlumata görə, RİH-də daha bir neçə vəzifəli şəxsin işdən çıxarılacağı gözlənilir.

Qeyd edək ki, M.Məmmədov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, bu təyinata qədər Cəlilabad Rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb. M.Məmmədov Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalov həbs olunduqdan sonra 2020-ci ilin dekabr ayından bu ilin sentyabr ayına qədər icra başçısının səlahiyyətlərini icraedib. Xatırladaq ki, bu ilin sentyabr ayında Cəlilabada yeni başçı vəzifəsinə Rafiq Cəlilov təyin olunub.

Demokrat.az

D
demokrat.az