Gündəm

Deputatlar Zəfər Gününü harada qeyd ediblər?

Deputatlar Zəfər Gününü harada qeyd ediblər?

Bu gün Azərbaycan Ordusunun dastana dönmüş Zəfərinin 1 ili tamam olur. 8 Noyabr Zəfər Günü yürüşlər, fləşmoblar və digər tədbirlərlə qeyd edilib.

Milli Məclisin deputatları Zəfər günü harada olub, nə ediblər?

Modern.az-ın əməkdaşı bu sualla parlamentin bəzi üzvlərinə müraciət edib.

124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsinin deputatıElman Məmmədov:

“Zəfər gününü hazırda Xocavəndə qeyd edirəm”.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatıAqil Abbas:

“Hazırda rayondayam və Zəfər gününü burada qeyd etdim. Harda olmağımızdan asılı olmayaraq, Azərbaycanın hər rayonunda, küçəsində zəfər sədaları var”. 92 saylı Zərdab-Ucar seçki dairəsinin deputatıJalə Əliyeva:

“8 Noyabr möhtəşəm bir gündür, hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Seçildiyim Zərdab və Ucar rayonlarındakı tədbirlərdə iştirak etdim, ictimaiyyətlə görüşlərdə oldum. Zərdabda Şəhidlər Xiyabanının açılışında iştirak etdim. Hər iki rayondakı ağacəkmə aksiyasına qatıldım.Qazi və şəhid ailələri ilə görüşdüm. Mən Zəfər Gününü bu şəkildə qeyd etdim”.

26 saylı Sabunçu birinci seçki dairəsinin deputatıFazil Mustafa:

“Zəfər Gününü evdə qızımla qeyd etdim. Futbol oynarkən ayağım zədələnib, onun üçün evdən çıxa bilmədim.Xeyli təbrik mesajı aldım və təbrik yolladım. Ayağımdakı problemlə bağlı tədbirlərdə iştirak etmədim”. 123 saylı Kəlbəcər seçki dairəsinin deputatıAqil Məmmədov:

“Zəfər Gününü öncə Gəncədə raketlə dağıdılmış ərazilərə baş çəkərək qeyd etdik. Daha sonra müəyyən tədbirlərə qatıldıq. Hazırda ağacəkmə aksiyasından çıxıb evə yollanıram”. 62 saylı Saatlı seçki dairəsinin deputatıƏziz Ələkbərli:

“Keçirilən müəyyən tədbirlərdə iştirak etdim. Saatlı rayonunun 36 şəhidinin adına ağacəkmə aksiyasında iştirak etdim. Hazırda yoldayam şəhid ailələri ilə görüşməyə gedirəm. Səhər də şəhid ailələri ilə bir yerdə olacam”.

D
demokrat.az