Qarabağ

Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik etdi

Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik etdi

Qazaxıstanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 8 Noyabr-Zəfər Günü münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, diplomatik nümayəndəliyin yaydığı təbrik mətnində deyilir:

"Qazaxıstan səfirliyinin kollektivi bütün qardaş Azərbaycan xalqını tarixi hadisə - Zəfər Gününün birinci ildönümünün sevinclə qeyd edilməsi və qarşıdan gələn milli bayramlar - Azərbaycanın Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir. Səmimi qəlbdən hər kəsə sülh, xoş günlər, əmin-amanlıq, bütün işlərdə böyük nailiyyətlər və uğurlar arzulayırıq!".

Demokrat.az

D
demokrat.az