Bu gün 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərib nəslimizin və milllətimizin başını uca edən igid övladlarımızla görüş keçirtdim, onların müharibə ilə bağlı xatirələrini böyük məmnuniyyətlə dinlədim.
Vətən Savaşında Şəhadətə ucalan, II Fəxri Xiyabanda uyuyan nəslimizin igid oğlu Rauf Əliyevin və yanında uyuyan Şəhidlərimizin məzarını Vətən Savaşında iştirak edib, Cənab Ali Baş Komandan İlham Əliyevin təltiflərinə layiq görülən Ağamalıyev Ruslan, Quliyev Elməddin, Məmmədov Elməddin, Ağamalıyev Elvin, Bağırov Nihadla birgə ziyarət edib, ruhuna dualar oxuduq.
Uca Yaradandan bütün Şəhidlərimizə rəhmət, Qazilərimizə, Vətən Müharibəsində iştrak edən əsgər və zabitlərimizə cansağlığı diləyirik.
Fəzail Ağamalı Milli Məclisin deputatı Ana Vətən Partiyasının sədri 06 Noyabr 2021 - ci il


