İdman

Orxan Səfərov Azərbaycana ilk qızıl medalı qazandırdı

Orxan Səfərov Azərbaycana ilk qızıl medalı qazandırdı

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışında Azərbaycan ilk qızıl medalını qazanıb. Orxan Səfərov (-66 kq) Denis Vyeruya (Moldova) ipponla qalib gələrək qızıl medala sahib çıxıb. Bu onun “Böyük Dəbilqə” yarışlarında üçüncü qızıl medalıdır. Həmçinin Rövşən Əliyev (-60 kq) Sumiyabazar Enktaivana (Monqolustan) qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın monqol əsilli cüdoçusu İçinxorloo Munxtsedev (-52 kq) final görüşünə çıxacaq.

Demokrat.az

D
demokrat.az