Kriminal

Bərdədə həyat yoldaşını boğub öldürən şəxsin məhkəməsi başlayır

Bərdədə həyat yoldaşını boğub öldürən şəxsin məhkəməsi başlayır

Bərdə rayonunda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Aqil Mustafayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Trend-in məlumatına görə, cinayət işinin materilalları baxılmaq üçün Gəncə Ağır Cinayətlə Məhkəməsinə göndərilib.

Prosesə hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq. İş üzrə məhkəmənin hazırlıq iclası noyabırn 16-na təyin edilib.

İttihama görə, hadisə iyulun 25-i saat 05 radələrində Bərdə rayonu ərazisində baş verib. Rayon sakini Nərgiz Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

D
demokrat.az