İranlı sürücülərin və bu ölkə vətəndaşlarının Ermənistan vasitəsi iləAzərbaycan Respublikasının Qarabağ bölgəsinə və Laçın rayonuna girişi qadağan edilib.
Bu barədə İranın "Mehr" Agentliyi məlumat yayıb.
Bildirilib ki, İranın Yollar və Nəqliyyat Agentliyinin nəqliyyat şirkətlərinə göndərdiyi sənəddə bu qadağadan bəhs edilib.
Sənədə əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması qadağandır.


