Gündəm

"Biz 1991-92-ci illərdə Ali Baş Komandan görmədiyimiz üçün torpaqlarımız işğal altına düşdü" — Xocalının deputatı

Biz 1991-92-ci illərdə Ali Baş Komandan görmədiyimiz üçün torpaqlarımız işğal altına düşdü — Xocalının deputatı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev daha sonra yeməkxanada yaradılan şəraitlə maraqlanıb, hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar edib.

Əsgərlərlə söhbətləşib. Ölkə başçısının hərbi hissədə əsgərlərlə söhbətləşməsi Azərbaycan ictimaiyyəti tərəfindən olduqca isti qarşılanıb, təqdir olunub.

Millət vəkili Elman Məmmədov hafta.az-a açıqlamasında müstəqilliyimizin ilk illərində sürətli hakimiyyət dəyişikliyi nəticəsində bir-birini əvəz edən dövlət rəhbərləri ilə indiki Ali Baş Komandanı müqayisə edib. Millət vəkili bildirib ki, o zamankı rəhbərlərin siyasi səriştəsizliyi torpaqlarımızın işğal altına düşməsinə səbəb olub:

“Biz o vaxt – 1991-92-ci illərdə Ali Baş Komandan görmədik və tanımadıq. Çox təəssüf ki, belə oldu. Elə onun nəticəsində də düşmən fürsətdən istifadə etdi. Torpaqlarımızı işğal altına saldı. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ali Baş Komandan vəzifəsini çox yüksək səviyyədə həyata keçirir. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanımızın əmrini gözləyir. Çünki indi ordu buna tam olaraq hazırdır. Eyni zamanda, ordumuz həm də qələbəyə hazırdı”.

Millət vəkili bildirib ki, ölkə başçısı İlham Əliyev öz prezidentliyi dövründə özünün çoxsaylı səfərlərinin xeyi hissəsini hərbi hissələrə edib. Yəni, hərbi hissələrdə əsgərlərlə birbaşa görüşüb:

“Onlarla təmasda olub. Vəziyyətləri ilə maraqlanıb. Əsgərlərin yaşayış yeri, onların hərbi-fiziki hazırlığına diqqət yetirib. Hər zaman belə olub. Silah-sursat təminatı ilə yaxından maraqlanıb. Bunlar həmişə cənab prezidentimizin, Ali Baş Komandanımızın diqqət mərkəzində olub. Ulularımızdan gələn belə bir müdrik deyim var; hansı dövlət başçısı, hansı padşah əsgəri, zabiti, sərkərdəsi, ordusu ilə bir yerdə olur, o, həmişə qalib gəlir. Hansı dövlət başçısı əsgərinin qayğısına qalırsa, onun güzəranının, mənzil-məişət şəritinin, bütün qayğılarına diqqət yetirirsə, o, hər zaman qalib olur. Bəli, Azərbaycan prezidenti hörmətli Ali Baş Komandanımız cənab İlham Əliyev həmişə ordu ilə bir yerdədir. Hər zaman hərbçilərimizlə, əsgərlərimizlə birgədir!”.

Elman Məmmədovun sözlərinə görə, bunu onun bütün əməlləri, səfərləri, görüşləri sübut edir:

“Dünən də ölkə başçısı bir daha əsgərlərimizlə yan-yana, qarşı-qarşıya əyləşdi. Onlarla birlikdə nahar elədi. Onların yaşayış şəraitinə, təminatına baxdı. Hərbi hissədə olan silah-sursat dövlət başçısına nümayiş etdirildi. Göstərildi. Bu Ali Baş Komandanımızın orduya olan diqqətidir. Qayğısıdır. Bu belə də olmalıdır. Həmin qayğı və diqqət nəticəsində bu gün dünyanın güclü orduları sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri də var. O Azərbaycan Ordusu ki, torpaqlarımızı işğaldan azad etmək üçün düşməni darmadağın edəcəyi günü gözləyir”.

D
demokrat.az