Bu gün Vətən müharibəsi şəhidi baş leytenant Gülüşov Tərlan Salman oğlunun doğum günüdür. Bu münasibətlə 16 oktyabr 2021-ci il tarixində Salyan rayonunun Xalac kəndində Vətən müharibəsi şəhidi baş leytenant Gülüşov Tərlan Salman oğlunun adına tikilmiş abidə xatirə kompleksinin açılışı olub.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, şəhidin ailə üzvləri, qohumları, rayon ictimaiyyətinin nümayəndələri çıxış ediblər. Onlar şəhidimizin keçdiyi döyüş yolundan bəhs edərək, Tərlanın qəhrəmanlığının hər kəsə örnək olduğunu qeyd ediblər.
Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, "Azərpoçt" MMC-nin Salyan poçt filialının rəisi Əliağa Mustafayev, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəalları, rayon gəncləri və ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Sonda abidə xatirə kompleksinin önünə gül dəstələri qoyulub və şəhidlərin ruhlarına dualar oxunub.
Demokrat.az


