İdman

"Qarabağ" liderliyə yüksəldi

Qarabağ liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

Demokrat.az xəbər verir ki, turun son oyun günündə bir oyun keçirilib.

"Qarabağ" doğma meydanda "Qəbələ"ni qəbul edib. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb(2:0).

3 oktyabr (bazar) VI tur “Qarabağ” – “Qəbələ” - 2:0 Qollar: Zubir, 52, Şeydayev, 66

Bu nəticədən sonra "Qarabağ" xallarını 14-ə yüksəldib və vahid lider olub. "Qəbələ" isə mövsümdə ilk məğlubiyyətini alıb.

Demokrat.az

D
demokrat.az