Media

Çavuşoğlu yalnız azərbaycanlı jurnalistə müsahibə verdi — FOTO

Çavuşoğlu yalnız azərbaycanlı jurnalistə müsahibə verdi — FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 193 ölkənin jurnalistləri arasında yalnız "Xəzər" TV-nin Türkiyə bürosunun əməkdaşı Vüsalə Abbasovaya müsahibə verib.

Demokrat.az xəbər verir ki, bu barədə xanım jurnalist "Facebook" hesabında paylaşım edib.

"BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclaslarına qatılan Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu 193 ölkənin jurnalistləri arasında sadəcə mənə müsahibə verdi. Müsahibədən sonra, səfər ərzində addım-addım naziri izləyən və sualları cavabsız qalan Rus mediasının mənə necə nifrətlə baxdıqlarını gördüm. Yaşasın Azərbaycan Türkiyə qardaşlığı, dostluğu", - paylaşımda deyilir.

Demokrat.az

D
demokrat.az