Gürcüstanda yenidən zəlzələ qeydə alınıb.
Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələazərbaycanlıların sıx yaşadığı Dmanisi rayonunun Sameba kəndi yaxınlığında baş verib. Yerli vaxtla saat 18.34 radələrində baş verən 3 maqnitudalı zəlzələni ocağı Dmanisi şəhərindən 25 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib.


