Siyasət

"Ermənistan sülh danışıqlarına hazır deyil" — Deputat

Ermənistan sülh danışıqlarına hazır deyil — Deputat

“Ermənistanın sülh danışıqlarına başlamaqdan başqa yolu yoxdur. Azərbaycan post-münaqişə dövründə şərtlərini irəli sürmüş və bu məsələlərin birgə müzakirə nəticəsində həllini tapacağını bildirib. Ermənistan tərəfi də anlayır ki, gec-tez bu prosesə başlayacaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Ermənistan və Azərbaycan arasındakı son hadisələrə diqqət çəkən deputat Baş nazir Nikol Paşinyanın açıqlamalarına baxmayaraq, Ermənistanın sülh danışıqlarına hazır olmadığını qeyd edib:

“Sülh müqaviləsinin şərtləri ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Ərazilərdən qeyri-qanuni silahlı birləşmələr çıxarılmalı, ərazi bütövlüyümüz tanınmalıdır. Digər sözlə, sülh danışıqlarından söhbət getməsi üçün Ermənistanın üçtərəfli bəyanata görə üzərinə düşən öhdəlikləri yerinə yetirməsi lazımdır. Düşünürəm ki, bu istiqamətdə müzakirələr başlayacaq və Ermənistan razılaşmaya gedəcək. Ermənistanın sülh danışıqlarına hazır olduğunu demək çətindir, bu olduqca mürəkkəb məsələdir. Düşünmürəm ki, Ermənistan sülh danışıqlarına hazırdır, çünki hələ də Ermənistanın daxilində müəyyən əks proseslər gedir. Paşinyanın sərgilədiyi mövqedən, atdığı addımlardan çox şey asılıdır. Lakin bu prosesin uzun çəkəcəyini düşünmürəm. Paşinyan istənilən halda sülh danışıqlarına hazır olduğunu göstərməli və bunun üçün real addımlar atmalıdır”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az