Hadisə

Sabirabadda minik avtomobilləri toqquşdu — Yaralı var

Sabirabadda minik avtomobilləri toqquşdu — Yaralı var

Sabirabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qaratəpə kəndidə qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobilin “Kia” markalı avtomobillə toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Vəliyev Habil Əkbər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az