Gürcüstanın sabiq müdafiə naziri, “Formula” televiziya kanalının təsisçisiDavid Kezeraşvilibeş il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə qərarı ölkənin Ali Məhkəməsi qəbul edib.
Sabiq nazir Müdafiə Nazirliyi ilə bağlı bir layihə çərçivəsində 5 milyon 60 min avro məbləğində vəsaiti mənimsəməkdə ittiham olunub.
2017-ci ildə ApellyasiyaMəhkəməsi D.Kezeraşviliyə bəraət verib. Məhkəmə prosesi bir neçə gün öncə bərpa edilib.
Qeyd edək ki, D.Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.


