“Sumqayıta dövlət başçısının diqqət və qayğısı hər zaman yüksək olub. Məhz dövlət başçısının tapşırığına əsasən şəhərdə qeyri-neft sektorunun çox güclü bazası yaradılıb. Son onillikdə ölkəmizdəki qeyri-neft sektorunun inkişafında Sumqayıtın xüsusi yeri var. Xüsusilə, ağır sənaye sahələrinin inkişafı istiqamətində Sumqayıtdakı sənaye sahələrinin müasir texnologiyalarla təmin edilməsi, yüksək tələbatın olduğu kimya məhsullarının, elektromexanika məhsullarının istehsalında Sumqayıt Sənaye Parkında yaradılan şəraitin rolu böyükdür”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert, iqtisad elmləri doktoru Şəfa Əliyev bildirib. 
“Sumqayıt SSRİ-nin sənaye mərkəzlərindən biri hesab edilirdi. Lakin zaman göstərdi ki, iqtisadi təhlükəsizlik baxımından yeni yanaşmalar tələb edilir. Məhz Prezidentin rəhbərliyi ilə bu yanaşmalar həyata keçirilməkdədir. Sumqayıtda ənənəvi metallurgiya, cihazqayırma sahələrinin inkişafı bu gün də davam etdirilir, lakin diqqətçəkən məqam inkişafın ən son texnologiyalarla davam etdirilməsidir. Dünyanın bu sahədəki öncül şirkətləri həmin prosesə cəlb edilib. Bunun nəticəsidir ki, regionda ilk texnopark məhz Sumqayıtda açıldı. Ölkənin əsas sənaye gücü Sumqayıtdakı Kimya Sənaye Parkının bazasında formalaşdı. Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışında iştirak etdi.
Artıq Azərbaycanda beş sənaye parkı fəaliyyət göstərir. Lakin Sumqayıt Kimya Sənaye Parkı həm yeni idarəetmə forması ilə, həm də yeni infrastrukturun yaradılması ilə regionda analoqu olmayan müəssisədir. Bu mərkəzdə investorlar üçün hər şey təmin edilib. Yaradılan şərait investisiya yatırmağa və müasir texnologiyalara əsaslanan mərkəzlər tikməyə imkan verir. Yüksək texnologiyalar və idarəetmə, həmçinin, qeyri-neft sektorunda istehsal güclərinin birləşdirilməsi baxımından Sumqayıtda görülən işlər böyük əhəmiyyət kəsb edir”.
Ekspert pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, Azərbaycanın regionda iqtisadi inkişaf dinamikasını saxladığını vurğulayıb: 
Aygül Qarayeva Demokrat.az


