Hərbi

Təlimlərdə iştirak edəcək Azərbaycan hərbçiləri Türkiyəyə çatdı

Təlimlərdə iştirak edəcək Azərbaycan hərbçiləri Türkiyəyə çatdı

"TurAz Şahini - 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb.

Bu barədə Demokrat.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

Demokrat.az

D
demokrat.az