Region

Şuşada "yallı" gedən Nikol Paşinyan bu dəfə Xankəndiyə gəlməyə risk eləmədi

Şuşada yallı gedən Nikol Paşinyan bu dəfə Xankəndiyə gəlməyə risk eləmədi

Heç olmasa, ağılları ona çatdı ki, Ermənistanın birinci şəxsləri sentyabrın 2-də Xankəndiyə gəlməməyin daha düzgün qərar olduğunu dərk etdilər. Necə deyərlər, az da olsa, ağılları varmış.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində rusların sayəsində mövcudluğunu qoruyub saxlaya bilmiş qondarma rejim sentyabrın 2-də qondarma “dqr"-in "müstəqilliy"inin 30 illiyini keçirməyə hazırlaşır.

Lakin qondarma "müstəqillik günü"nə həsr olunmuş tədbirdə Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, habelə parlamentin spikeri Alen Simonyan və digər rəsmi şəxslər iştirak etməyəcək.

Bu barədə məlumatı "Joxovurd" qəzeti yayıb.

Əvvəllər Qarabağımızı su yoluna döndərən, Şuşada "yallı" gedən Nikol Paşinyan indi bunun nə dərəcədə riskli olduğunu başa düşür. Ona görə də o bu dəfə Xankəndiyə gəlmək bir yana qalsın, hətta həmin gün ümumiyyətlə Ermənistanda da olmamağı, ya Rusiyaya, yadaki Fransaya dincəlməyə getməyi qərara alıb. O, avqustun 31-dən sentyabrın 3-nə kimi məzuniyyətə çıxıb.

Separatçıların sözügedən tədbirində Ermənistan parlamentinin bir sıra deputatlarının iştirak edəcəyi gözlənilir. Ancaq biz Rusiya sülhməramlıları qarşısında tələb qoymalıyıq ki, həmin deputatlar da "Laçın dəhlizi"ndən ərazilərimizə buraxılmasın.

Ümumiyyətlə, sülhməramlılar separatçı rejimə də "müstəqillik günü" tədbiri keçirməyə icazə verməməlidir. Çünki belə bir tədbir 10 noyabr razılaşmasının prinsiplərinə ziddir.

Sülhməramlılar separatçıların nazıyla oynamaqdan və yaxud onlardan alət kimi istifadə etmək siyasətindən əl çəkməlidirlər.(visiontv.az)

Demnokrat.az

D
demokrat.az