Dünya

ABŞ-ın hərbi helikopteri dənizə düşdü

ABŞ-ın hərbi helikopteri dənizə düşdü

ABŞ-ın hərbi helikopteri Kaliforniya ştatının sahilləri yaxınlığında uçuş zamanı dənizə düşüb.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Məlumata görə, “Abraham Lincoln” atom aviadaşıyıcısının göyərtəsindən uçuş edən MH-60S helikopteri San-Diyeqo şəhərindən təxminən 110 km aralıqda dənizə düşüb.

Hadisənin səbəbi dəqiqləşdirilmir. Hərbi Dəniz Qüvvələri ABŞ Sahil Mühafizəsi Xidməti ilə birlikdə axtarış-xilasetmə əməliyyatı aparır.

Demokrat.az

D
demokrat.az