Xarici siyasət

Britaniya səfiri idmançılarımızı təbrik etdi

Britaniya səfiri idmançılarımızı təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp (James Sharp) “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib. Demokrat.az xəbər verir ki, səfir bununla bağlı “Twitter” hesabında paylaşım edib. “Azərbaycan Paralimpiya komandasından olan dostlarımızın 9 qızıl medal və 4 bürünc medal əldə etməsi sevindiricidir. Təbriklər”, - deyə səfir paylaşımda qeyd edib.

D
demokrat.az