Xarici siyasət

Azərbaycanın Qazaxıstandakı səfirliyi başsağlığı verdi — FOTO

Azərbaycanın Qazaxıstandakı səfirliyi başsağlığı verdi — FOTO

Azərbaycanın Qazaxıstandakı səfirliyi bu ölkənin Jambıl vilayətində hərbi hissədə baş verən hadisə ilə bağlı Qazaxıstana başsağlığı verib.

Demokrat.az-ın xəbərinə görə, başsağlığında deyilir:

"Jambıl vilayətindəki hərbi hissənin silah anbarında partlayış xəbəri bizi dərindən kədərləndirdi. Dost Qazaxıstana və qazax xalqına başsağlığı diləklərimizi çatdırırıq. Bu kədəri həlak olanların doğmaları və yaxınları ilə birlikdə bölüşürük. Xəsarət alanların tezliklə sağalmasını diləyirik".

Xatırladaq ki, avqustun 26-da Qazaxıstanın cənubundakı Jambıl vilayətində hərbi hissənin silah anbarında baş verən ard-arda partlayışlar nəticəsində 13 nəfər həlak olub, 100-ə qədər şəxs yaralanıb. Bu gün Qazaxıstanda ümummilli matəm elan olunub.

Zamiq Demokrat.az

D
demokrat.az