Hadisə

Eldar Həsənovun məhkəməsi təxirə düşdü — Səbəb

Eldar Həsənovun məhkəməsi təxirə düşdü — Səbəb

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin bu günə təyin olunan hazırlıq iclası təxirə salınıb. Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan iclasın təxirə salınmasına səbəb prosessual qaydanın pozulması ilə bağlı olub.

Bildirilib ki, tərəflərdən birinə bildiriş göndərilməyib və bu səbəbdən proses təxirə salınması qərara alınıb.

Növbəti iclas sentyabrın 3-nə təyin olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az