Kazanda keçiriləcək I MDB Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı bəlli olub.
Demokrat.az xəbər verir ki, bu yunan-Roma güləşçisi Həsrət Cəfərov olacaq.
Qeyd edək ki, Həsrət Cəfərov ötən həftə Rusiyanın digər şəhəri - Ufada keçirilən gənclərin dünya çempionatının finalında erməni rəqibinə (67 kq) qalib gələrək qızıl medal qazanıb
I MDB Oyunlarının açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulur.(report.az)


