İdman

Voleybol millimiz ikinci oyunda da məğlub oldu

Voleybol millimiz ikinci oyunda da məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Demokrat.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci sınağında Bosniya və Herseqovina komandası ilə üz-üzə gəlib.

Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yığma ilk setdə 14:25, ikinci setdə 23:25, sonuncu setdə isə 17:25 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Belçika seçməsinə 0:3 hesabı ilə məğlub olub./Report

D
demokrat.az