Dünya

NATO "Taliban"ı əcnəbilərin ölkəni tərk etməsinə mane olmamağa çağırdı

NATO Talibanı əcnəbilərin ölkəni tərk etməsinə mane olmamağa çağırdı

NATO-ya daxil olan ölkələrin xarici işlər nazirləri Əfqanıstanla bağlı bəyanat qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, birgə bəyanat Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclasdan sonra qəbul olunub.

Bəyanatda deyilir: "İndi bizim ilk vəzifəmiz vətəndaşlarımızın, tərəfdaş ölkələrin vətəndaşlarının və hazırda risk altında olan əfqanların təhlükəsiz şəkildə təxliyəsini təşkil etməkdir. Əfqanıstandakı indiki hakimiyyəti əcnəbilərin ölkəni rahat şəkildə mane olmamağa çağırırıq".

O da bildirilir ki, indiki hökumət Əfqanıstanın beynəlxalq öhdəliklərinə riayət etməli, əfqanların insan hüquqlarını qorumalı, humanitar girişə mane olmamalıdır.

NATO XİN başçıları qətiyyətlə və həmrəy şəkildə terrorla mübarizəyə sadiq olduqlarını vurğulayıblar.

D
demokrat.az