Gündəm

“Niyaz Niftiyev günahsızdır, onun təqsirsiz olduğunu bilirik” — Hüquq müdafiəçisindən ÇAĞIRIŞ

“Niyaz Niftiyev günahsızdır, onun təqsirsiz olduğunu bilirik” — Hüquq müdafiəçisindən ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən jurnalist Niyaz Niftiyevin məsələsi nəzarətə götürülüb. Onun səhhəti nəzərə alınaraq, avqustun 23-də keçirilməli olan məhkəmə bu gün baş tutacaq. Bir neçə gün əvvəl isə aralarında deputat, QHT, jurnalistlər olan 240-dan çox şəxs Niyaz Niftiyevin azadlığa çıxarılması üçün Baş prokuror Kamran Əliyevə və Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət edib.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu yaxın günlərdə müsbət qərarın qəbuluna ümid etdiklərini bildirib:

“Niyaz Niftiyev günahsızdır, onun təqsirsiz olduğunu bilirik” — Hüquq müdafiəçisindən ÇAĞIRIŞ

“Məsələ davam etdiyi üçün bu barədə geniş danışmaq doğru deyil. Biz bütün hüquq müdafiəçiləri olaraq Niyaz Niftiyevin hüquqlarının bərpa edilməsi üçün çalışırıq. Düşünürəm ki, yaxın günlərdə onun azadlığa buraxılmasının şahidi lacağıq. İnanırıq ki, artıq onunla bağlı müsbət qərar verilər, buna böyük ümid edirik. Aclıq aksiyası keçirdiyi üçün və səhhətində yaranan problemlərə görə məhkəmənin də vaxtı dəyişdi. Səhhətindəki problemlər bizi narahat edir. Onun günahlandırılmasına gəlincə, sadəcə bunu deyə bilərik ki, Niyaz Niftiyev bu məsələdə günahsızdır, onun təqsirsiz olduğunu bilirik”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az