Dünya

Türkiyədə sel qurbanlarının sayı açıqlandı

Türkiyədə sel qurbanlarının sayı açıqlandı

Türkiyənin Qərbi Qara dəniz bölgəsində yaşanan sel fəlakətinin qurbanlarının sayı artıb.

Demokrat.az xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) sel fəlakəti ilə bağlı yeni məlumatlar açıqlayıb.

Məlumata əsasən, sel nəticəsində Kastamonu, Sinop və Bartında həlak olanların sayı 77-yə çatıb.

Bildirilir ki, Kastamonuda 62, Sinopda 14, Bartında isə 1 nəfər selin qurbanı olub.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seldən zərər görmüş bölgəyə səfər edib.(qafqazinfo.az)

D
demokrat.az