Xarici siyasət

XİN rəhbərləri Əfqanıstandakı sülhməramlıların birgə fəaliyyətini müzakirə etdilər

XİN rəhbərləri Əfqanıstandakı sülhməramlıların birgə fəaliyyətini müzakirə etdilər

Avqustun 16-da Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Demokrat.az-a Azərbaycan XİN-dən bildirilib.

"Nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər", - məlumatda qeyd olunub.

Demokrat.az

D
demokrat.az