Qarabağ

Ermənilər Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı yenidən təxribat törədib — Müdafiə Nazirliyi məlumat yaydı...

Ermənilər Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı yenidən təxribat törədib — Müdafiə Nazirliyi məlumat yaydı...

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib.

Bu barədə Demokrat.az-a Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər. Bölmələrimiz tərəfindən müvafiq tədbir görülüb və bu barədə Rusiya sülhməramlılarının komandanlığına məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Demokrat.az

D
demokrat.az