İdman

Əliyar Ağayev "Gent" klubunun oyununa təyinat aldı

Əliyar Ağayev Gent klubunun oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Demokrat.az xəbər verir ki, o, Belçikada "Gent" və Polşanın "Rakuv" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Gent" - "Rakuv" qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə avqustun 19-da olacaq.(report.az)

D
demokrat.az