“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Demokrat.azklubun saytına istinadən xəbər verir ki, 28 yaşlı ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla 3 illik müqavilə bağlanıb. “Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos, karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/16), Portuqaliyanın “Aroka” (2013/14), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qatar” (2020/21) klublarında çıxış edib. Kristian “Sabah”da 11 nömrəli formada çıxış edəcək.
“Barselona”nın yetirməsi Bakı klubunda
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


