Hərbi

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilir

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilir

Avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilir.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyin məlumat yayıb.

Xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınmaqla andiçmə mərasiminin, eləcə də gənc əsgərlərin sosial məişət şəraitinin işıqlandırılması, hərbi qulluqçulardan müsahibələrin alınması və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurmaları üçün şərait yaradılır.

D
demokrat.az