Tokio Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının final oyunu keçirilib.
Demokrat.az xəbər verir ki, həlledici qarşılaşmada Braziliya və İspaniya üz-üzə gəlib. Matç "sambaçılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Braziliya millisi ardıcıl ikinci dəfə olimpiya çempionu olub.


