İdman

Rafael Ağayev karyerasını bu tarixdə bitirəcək

Rafael Ağayev karyerasını bu tarixdə bitirəcək

Azərbaycan karateçisi Rafael Ağayev karyerasını 2025-ci ildə bitirmək istədiyini açıqlayıb.

Demokrat.az-ın məlumatına görə, idmançımız bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazandıqdan sonra bu sözlərlə yadda qalıb. 75 kq çəki dərəcəsində çıxış edən əfsanəvi karateçimiz karyerasını bitirdikdən sonra öz məktəbini açmaq barədə düşünür:

"Karateni hər gün öyrənirsən. Biliklərimi gənclərə çatdıracağam. Ölkəmizə Avropa, dünya və olimpiya çempionları bəxş etmək fikrindəyəm".

Qeyd edək ki, Rafael Ağayev 5 dünya, 11 qat Avropa çempionudur.

D
demokrat.az