Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 5-cİ medalı təmin edib.
Demokrat.az xəbər verir ki, buna 75 kq çəki dərəcəsində yer alan karateçi Rafael Ağayev nail olub. 5 qat dünya və 11 qat Avropa çempionu qrup mərhələsindəki ilk 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib.
Bununla da 36 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.
Demokrat.az


