Gündəm

Deputat: "Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın dövlətlər yoxdur"

Deputat: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın dövlətlər yoxdur

“Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın dövlətlər yoxdur. Bu iki dövlət tarixin bütün sınaqlarından birlikdə çıxmağı bacarıb. Hər bir halda, Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanında olub”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, qardaş ölkədə davam edən yanğınların söndürülməsində Azərbaycanın dəstəyi Azərbaycan-Türkiyə dostluğunun daha bir sübutudur:

Deputat: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın dövlətlər yoxdur

“Hazırda genişmiqyaslı yanğınlarla mübarizə aparan Türkiyənin yanında olmaq, ona dəstək göstərmək Azərbaycanın mənəvi borcudur. Taleyüklü məsələlərdə Türkiyə Azərbaycandan dəstəyini əsirgəməyib, hər baxımdan dəstək nümayiş etdirib. Vətən müharibəsi dövründə də Türkiyə bunu həm siyasi, həm də mənəvi dəstəklə nümayiş etdirdi. Bu, iki ölkənin dost və qardaş münasibətlərini bir daha göstərir. Türkiyədə yanğınların baş verdiyi ilk gündən prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu məsələlərə reaksiya göstərdi. Prezidentin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri Türkiyəyə göndərildi. Yanğınsöndürmə texnikaları və canlı qüvvələr bu ölkədə yanğının lokallaşdırılmasında çox aktiv iştirak etdilər. Azərbaycan bu fəaliyyəti ilə prosesə öz dəstəyini verməyə çalışdı və bu fəaliyyətini davam etdirir. Azərbaycanın bu addımını həm Türkiyə prezidenti, həm bu ölkənin Xarici İşlər naziri yüksək qiymətləndirir və bunu qardaşlığın bariz nümunəsi olduğunu qeyd ediblər”.

Deputat Azərbaycanın Türkiyə ilə münasibətləri bu günlərdə bir çox ölkələrə nümunə olub:

“Azərbaycanın ehtiyac olduğu müddət ərzində bu dəstəyini göstərməkdə davam edəcək. Azərbaycanın yanğınsöndürmə texnikaları və canlı qüvvələri yanğınlar tam nəzarətə götürülənədək Türkiyədə olacaq və bunun üçün çalışacaqlar. Yanğında həyatını itirənlərin yaxınlarına rəhmət, yaralılara şəfa diləyirəm. Baş verənlər göstərir ki, hadisələrdə terror, təxribat izləri var.Türkiyə güclü dövlətdir. Əminəm və inanıram ki, bu ağır sınaqdan, çətin günlərdən uğurla keçəcək. Türkiyəni irəlilədiyi uğurlu yoldan, inkişafdan heç bir qüvvə, hadisə saxlaya bilməz. Türkiyə bütün məsələləri araşdıraraq, günahkarların cəzalandırılması üçün bütün zəruri addımları atacaq. Azərbaycan da dostluğunu, qardaşlığını, strateji müttəfiqliyini hər zaman nümayiş etdirəcək. Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az