“Bu gün Azərbaycanın fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov mənə zəng etdi və bildirdi ki, Prezident cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyətin göndəriləcək”.
Demokrat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu Antalyadakı meşə yanğınları ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib.
Nazir deyib ki, yanğınların söndürülməsinə dəstək üçün sabah Azərbaycandan 1 təyyarə, 10 heyət üzvü, 150 heyət nəfərilə 40 yanğınsöndürən avtomobili ölkəyə gələcək.
Qeyd edək ki, M.Çavuşoğlu bundan əlavə helikopterlərdə yanğınların söndürülməsi üçün istifadə edilən 2 ədəd su tankerinin Azərbaycandan göndərildiyini bildirib.
Demokrat.az


