“Azərbaycan xalqı Türkiyədə baş verən yanğın hadisələrini çox həssas qarşılayır. Dövlətimiz də bu ağır günlərdə qardaş Türkiyənin yanındadır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O, Türkiyədə davam edən yanğınlarda Azərbaycanın qardaş ölkəyə dəstəyinin əvəzsiz olduğunu bildirib:
“Həm mənəvi, həm də canlı qüvvə dəstəyi ilə Türkiyənin yanındayıq. 500 nəfərlik heyət yanğının söndürülməsində qardaş dövlətə dəstək olmaq üçün Türkiyəyə yollandı. Azərbaycanda mövcud olan yanğınla mübarizə texnikaları həm də Türkiyəyə dəstək üçün onların ixtiyarındadır. Biz bu ağır günlərdə öz qardaşlıq vəzifəmizi yerinə yetiririk. Türkiyədə yanğın nəticəsində həyatını itirənlər üçün başsağlığı veririk. Həm mənəvi, həm də dəstək baxımından Türkiyə ilə birlikdəyik və bu birliyimiz davam edəcək”.
Aygül Qarayeva Demokrat.az


