"Cənubi Qafqaz hər bir ölkə üçün həssas bölgədir. Regionda dayanıqlı sülhün formalaşması üçün kommunikasiyaların bərpası çox vacibdir. Kommunikasiyaların açılması isə paralel bərpa olunmalıdır. Bu, həmçinin Zəngəzur dəhlizinin istifadəyə verilməsində özünü göstərməlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir və məsələ ancaq Azərbaycanın iradəsi ilə həll ediləcək:
"Azərbaycanın bu istiqamətdə mövqeyi bəllidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistanın istəyindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq. Dəhlizin fəaliyyətə başlaması 10 noyabr üçtərəfli bəyanatın prioritetlərindən biridir. Nəzərə alsaq ki, bu, Azərbaycanın Qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikasının və Türk dünyasının birləşməsi deməkdir". 
Aygül Qarayeva Demokrat.az


