Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti əməkdaşları tərəfindən keçirilən əməliyyat-baxış zamanı 2 nəfər vergi əməkdaşı saxlanılıb.
Demokrat.Az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, əməliyyat-baxış zamanı Nazirliyin 6 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin müfəttişi Ağayev Rüfət Zakir oğlu və onun qardaşı - 6 saylı ƏVİ-nin kiçik xidmətedici heyətinin gözətçisi Ağalı Asəf Zakir oğlunun qanunsuz əməlləri ifşa olunub.
Keçirilən əməliyyat zamanı məlum olub ki, Ağayev qardaşlarının qanunsuz hərəkətləri nəticəsində vergi ödənişləri kimi dövlət büdcəsinə çatası 1 237 manat məbləğində vəsait mənimsənilib.
Araşdırma zamanı sözügedən vergi əməkdaşlarının barələrində toplanılmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
İstintaqın gedişatı barədə oxuculara əlavə məlumat veriləcək...
Demokrat.Az


