Gündəm

Heydər Əliyevin özünə də, şəkillərinə də, heykəlinə də uduzdular...

Heydər Əliyevin özünə də, şəkillərinə də, heykəlinə də uduzdular...

Müsavat başqanı Arif Hacılı millət vəkili Erkin Qədırlinin davranışından bir xeyli qəzəblidir.

Baş müsavatçı onu narahat edən mövzuyla bağlı özünün fb səhifəsində yazıb:

"Asim Mollazadə bura qədər uzun bir yol keçmişdi. Erkin Qədirli çox tez çatdı."

Söhbət Heydər Əliyevin heykəli önündə çəkilmiş şəkildən gedir...

Bir erməni vardı. Adını unutmuşam. Amma familiyası yadımdadır. Baxışyan idi.

O, Meğridəki 1 nömrəli tam orta məktəbin direktoruydu.

Qatı millətçi idi.

Ermənilərin əksəriyyəti kimi o da Heydər Əliyevə kin-küdurət bəsləyirdi.

Rayonda təhsillə bağlı tədbirlər bir qayda olaraq həmişə Baxışyanın direktor olduğu məktəbdə keçirilirdi.

Və belə vaxtlar bəlli olurdu ki, məktəbin dəhlizindki siyasi büro üzvlüyünə namizədlərin və büro üzvlərinin şəkilləri içərisindən Heydər Əliyevin şəkilini çıxarıblar.

Hər dəfə də həmin tədbirlərdə iştirak edən əmim Həzi Musayev məsələ qalrırmış ki, bu, Baxışyanın işidir və Heydər Əliyevin şəkilini öz yerinə bərpa etdirirmiş.

Təbii ki, tədbir yekunlaşandan, ara sakitləşəndən sonra Baxışyan şəkili yenə dəhlizdən yığışdırırdı.

Bu hadisəni niyə xatırladım.

Heydər Əlievin ümum Azərbaycan, ümüm türk tarixi üçün hansı töhfələr verə biləcəyini hamıdan əvvəl ermənilər dərk etmişdilər.

Ona görə də siyasi səhnəyə gəlişi ilə Heydər Əliyev dünya erməniliyinin bir nömrəli hədəfinə çevrilmişdi.

Ermənilər hər yerdə, hər zaman ona qarşı gərəkirsə gizli, gərəkirsə açıq-aşkar savaşırdılar.

Özüylə üz - üzə gəlməyə hünərləri yetməyəndə, onun şəkilləri ilə döyüşürdülər.

Baxışyan kimi ..

Baxışyanlar kimi...

Ancaq Onun Milli iradəsini enə bilmədilər.

Heydər Əliyevin özünə də, şəkillərinə də, heykəlinə də uduzdular.

İndi onun ölkə daxilindəki bədxahları Heydər Əliyevin heykəlinin fonunda çəkilmiş fotoyla mübarizə aparırlar, döyüşürlər..

Əbəttə ki, bu isterika səbəbsiz deyil.

Çünki Heydər Əliyevin heykəlinin yanında çəkilmiş şəkil də onun bədxahları üçün məğlub edilməz, möhtəşəm, hətta vahiməli görünür.

Faydasızdır.

Bütün müstəvilərdə uduzduqları kimi Heydər Əliyevin heykəlinin fonunda çəkilmiş şəkillərə də böyük hesabla uduzacaqlar.

Məncə, artıq uduzublar....

Alqış Musayev Demokrat.az

D
demokrat.az