Gündəm

Deputat: "Narkotik bizi məhvə aparan bəladır"

Deputat: Narkotik bizi məhvə aparan bəladır

"Narkotiklə mübarizə genişlənməli və ictimaiyyət anlamalıdır ki, bu, bizi məhvə aparan bəladır. Hər şeyi dövlətdən gözləmək lazım deyil, gərək məsələ ilə bağlı ictimai qınaq formalaşsın".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev narkotiklə mübarizə haqqında danışarkən deyib.

Deputat bildirib ki, yalnız müəyyən bölgələrdə deyil, elə Bakıətrafı qəsəbələrdə də narkotikə meyillilik artıb: "Belə ki, parnik adı altında narkotik bitkilərin yetişdirilib çoxaldılması genişlənib. Hesab edirəm ki, narkotiklə mübarizə genişlənməli və ictimaiyyət anlamalıdır ki, bu, bizi məhvə aparan bəladır. Hər şeyi dövlətdən gözləmək lazım deyil, gərək məsələ ilə bağlı ictimai qınaq formalaşdırılsın. Xüsusilə gənclər arasında bu bəlaya meyil artıb. Narkotik satışı ilə məşğul olub milyonlar qazananlar var. Lakin bu, gəncləri çaşdırmamalıdır. Biz gənclərlə mütəmadi olaraq bu mövzuda müzakirələr aparırıq. Tövsiyə edirik ki, özünüzü və yaxınlarınızı bu bəladan xilas etmək üçün mübarizə aparın. Açığı, narkotik istifadəçisi olanlar adətən bunu gizli etdikləri üçün şəxsən belə biri ilə söhbətim olmayıb. Ümumən gənclərlə görüşlər zamanı narkotik məsələsinə toxunuruq. Narkotika bütün dünyanın bəlasıdır".

Demokrat.az

D
demokrat.az