Hadisə

"Azəriqaz"ın mətbuat katibi vəzifəsindən çıxarıldı — Yerinə tanınmış jurnalist gətirildi

Azəriqazın mətbuat katibi vəzifəsindən çıxarıldı — Yerinə tanınmış jurnalist gətirildi

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidməti vəzifəsindən azad olunub.

Mia.az-ın əldə etdiyi məlumata görə, birliyin rəisi Ruslan Əliyevin əmri ilə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov vəzifəsindən azad edilib.

Digər əmrlə tanınmış telejurnalist "Space" TV-də Xəbərlər Xidmətinin baş redaktoru Eldəniz Vəliyev sözügedən vəzifəyə təyin olunub.

Xəbər "Azəriqaz"dan Mia.az-a təsdiqlənib.

Qeyd edək ki, E.Vəliyev "Space"dən əvvəl ANS, ATV-də və digər media qurumlarında işləyib. Demokrat.az

D
demokrat.az